DünyaGündəlik

Türkiyənin ANKA PUA-sı Qazaxıstanda sınaqlara başlayıb

Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən hazırlanan ANKA Pilotsuz Uçuş Aparatı (PUA) Qazaxıstanda sınaqlara başlayıb.

Turanews.kz-in məlumatına görə, Bu barədə Trend-ə Türkiyə hərbi saytından bildirilib.

Məlumata əsasən, Qazaxıstan hərbi hissəsinin pilot və mühəndis heyəti tərəfindən aparılan sınaqları TUSAŞ nümayəndələri müşayiət edir.

Bundan əlavə, sınaqlar uğurla tamamlanarsa, ANKA Qazaxıstan ordusunun inventarına daxil ediləcək.

Qeyd edək ki, Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən hazırlanan ANKA Pilotsuz Uçuş Aparatı 30 dekabr 2010-cu ildə ilk uçuşunu həyata keçirib. ANKA PUA öz kateqoriyasında dünyanın ən yaxşı operativ sistemi olmağı hədəfləyir.

ANKA-nın texniki xüsusiyyətləri:

Gövdə uzunluğu: 8 m

Qanad genişliyi: 17 m

Qanad sahəsi: 13,6 m²

Qanad genişliyi nisbəti – : 22

Ümumi uçuş çəkisi: 1.500 kq

Yanacaq tutumu: 250 kq

Yük çəkisi: 200 kq

Mühərrik: 1× Thielert Centurion 2.0 dörd silindrli, turbodizel, 155 at gücü

TuraNews

Back to top button