DünyaGündəlikSiyasət

Putin prezident seçkiləri ilə bağlı xalqa müraciət edib

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edib.

TuraNews.kz rus KİV-lərinə istinadən xəbər verir ki, Putinin bu dəfə etdiyi müraciəti martın 15-dən 17-dək ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı olub.

Məlumata görə, o, ölkə vətəndaşlarından seçkilərə gəlməyi, səsvermədə iştirak etməyi xahiş edib.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri bu il martın 15-dən 17-dək keçiriləcək. Dövlət başçısı postu uğrunda hazırkı Prezident Vladimir Putin, liberal demokrat partiyasının namizədi Leonid Slutski, komunistlərin namizədi Nikolay Xaritonov və “Yeni insanlar” partiyasının namizədi Vladislav Davankov mübarizə aparacaqlar.

TuraNews

Back to top button