Dünya

Bişkekdə 9 məktəbin şagirdləri bomba həyəcanı ilə təxliyə olunub

Qırğızıstanın paytaxtı Bişkek şəhərində 9 məktəb təxliyə edilib.

Turanews.kz “Kabar” agentliyinə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Baş İdarəsinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, 20 aprel 2023-cü il tarixində səhər saat 07:29 radələrində Bişkek şəhər Daxili İşlər Baş İdarəsinin “102” qaynar xəttinə 33 saylı məktəb-gimnaziyanın elektron poçtuna guya bomba qoyulması barədə məktubun gəldiyi məlumatı daxil olub.

Dərhal Bişkek şəhərinin Sverdlovsk Rayon Daxili İşlər İdarəsinin istintaq qrupu, İctimai Təhlükəsizlik Xidmətinin əməkdaşları və rayon administrasiyasının rəhbərliyi hadisə yerinə cəlb edilib. Hadisə yerinə gələn polis əməkdaşları ərazini mühasirəyə alıb, şagirdləri və məktəb rəhbərliyini təxliyə edib.

Kabar

Bundan əlavə, oxşar məlumatlar 64, 52, 67, 62 32 saylı digər təhsil müəssisələri, Bişkek Beynəlxalq Məktəbi, “Oksford”, özəl “Seytek” məktəbinə daxil olub.

Digər təfərrüatlar barədə məlumat verilmir.

TuraNews

Back to top button