Azərbaycanda mobil şəbəkə üzərindən məlumat ötürmə göstəriciləri yaxşılaşıb
2023-ci ilin mart ayında Azərbaycanda internetə mobil və geniş zolaqlı çıxış müafiq olaraq 39,46 (fevral ayının göstəricisi ilə müqayisədə 5,3 faiz yüksək) və 27,84 (0,98 faiz artım) Mbit/san təşkil edib.
Turanews.kz çərşənbə axşamı “Ookla”nın məlumatlarına istinadən xəbər verir ki, Azərbaycan mobil məlumat ötürmə sürəti göstəricisini yaxşılaşdıraraq 140 ölkə arasında 57-ci yerdən 54-cü yerə yüksəlib.
Mart ayında mobil şəbəkə üzrə məlumatların yüklənməsinin göstəricisi ötən ayla müqayisədə 1,99 Mbit/san artıb. Mobil şəbəkə üzrə çıxış sürəti 12,29 Mbit/san təşkil edib ki, bu da fevral ayındakı göstəricidən (11,04 Mbit/san) 11,32 faiz yüksəkdir.
İnternetə sabit geniş zolaqlı çıxış üzrə məlumatların yüklənmə sürəti 2023-ci ilin fevral ayı ilə müqayisədə 0,27 Mbit/san artıb, çıxış sürəti isə 29,1 Mbit/san təşkil edib (0,35 Mbit/san artım).
Qeyd edək ki, qeyd olunan dövrdə dünyada mobil şəbəkə üzərindən giriş və çıxış yükləmələrinin sürəti müvafiq olaraq 41,54 və 10,42 Mbit/san təşkil edib.
“Ookla”nın məlumatlarına görə, 2023-cü ilin mart ayında Azərbaycan mobil şəbəkə ilə məlumat yükləmə sürətinə görə 140 ölkə arasında 54-cü yeri, genişzolaqlı internetlə məlumatların ötürülmə sürətinə görə isə 180 ölkə arasında 118-ci yeri tutub.