Texnologiya

“WhatsApp”a hesablar arasında keçid funksiyası gəlir

“Android” üçün “WhatsApp”ın beta versiyasında “Parametrlər” bölməsinin interfeysi yenilənib və eyni cihazda bir neçə hesabdan istifadə etmək imkanı əlavə edilib.

Trend-in məlumatına görə, “WhatsApp”a gələn bu mühüm yenilik, istifadəçilərə eyni cihazda qeydiyyatdan keçməyə və əlavə hesabdan istifadə etməyə imkan verən multi-hesab xüsusiyyətidir.

Əvvəllər istifadəçilər “WhatsApp”ı klonlamalı və ya əlavə hesablar üçün üçüncü tərəf proqramlarını yükləməli idilər.

Hazırda istifadəçilərin yalnız bir əlavə hesab edə biləcəyi bildirilir, lakin gələcəkdə bu məhdudiyyətin daha da artacağı ehtimal edilir. Çoxhesablı funksiyanın bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı hələlik məlum deyil.

TuraNews

Back to top button