Avqust ayında Özbəkistan prezidenti Şafkat Mirziyoyevin Bakıya səfəri planlaşdırılır.
Turanews.kz xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri” mövzusunda dəyirmi masada deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan-Özbəkistan münasibətəri, demək olar ki, bütün istiqamətlərdə dinamik inkişaf edir.