İdman

Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Fransanın PSJ klubunun oyunçusu Neymarı heyətinə cəlb edib.

Turanews.kz-nin məlumatına görə, Səudiyyə Ərəbistan klubu transfer üçün Fransa komandasına 160 milyon avro ödəyib.

Braziliyalı futbolçu “Əl-Hilal” klubu ilə ikiillik müqavilə imzalayıb.

Qeyd edək ki, Neymar Barselonadan PSJ-yə 2017-ci ildə 222 milyon qarşılığında transfer olmuşdu.

O, Paris klubunda 173 oyunda 118 qol, 77 assist edib.

TuraNews

Back to top button