Gündəlikİdman

Formula 1 komandalarının ikinci sprint yarışı başa çatıb

2023 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 1 komandalarının ikinci sprint yarışı başa çatıb.

Turanews.kz-nin məlumatına görə, yarışın qalibi “Red Bull” pilotu Serxio Peres qalib olub. “Ferrari”dən Şarl Lekler ikinci, Peresin komanda yoldaşı Ferstappen üçüncü yeri tutub.

Qeyd edək ki, ötən gündən 2023 Formula 1 Azərbaycan Qran Prisi start götürüb. 28-30 aprel tarixlərində keçirilən yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilib.

Yarışın 2-ci günü, yəni aprelin 29-da Formula 1 komandalarının 2-ci sərbəst yürüşü və Formula 1 və Formula 2 komandalarının qısa sprint yarışları baş tutacaq. Əsas yarışlar isə aprelin 30-da keçiriləcək, Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.

TuraNews

Back to top button