GündəlikHəyatİqtisadiyyatSiyasət

Bakıdan göndərilən 40 ton un yüklü karvan 7 gündür Ağdam-Xankəndi yolunda gözləyir

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 7-ci gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolundadır.

Turanews.kz Apa-ya istinaden xəbər verir ki, içərisində 40 ton un olan yük avtomobilləri avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. AzQAC-ın əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir. Onlar bildirib ki, ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacaqlar.

 

Qeyd edək ki, Hazırda ərzaq yükünün erməniəsilli şəxslərə çatdırılması üçün müsbət cavabın gəlməsini gözləyirlər.

TuraNews

Back to top button