GündəlikSiyasət

Azərbaycan və Ermənistan arasında bəzi problemlərlə bağlı razılığa gəlinib – Mirzoyan

Azərbaycanla sülh sazişinin imzalanması üçün danışıqları davam etdiririk.

TuraNews.kz xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.

Tərəflər arasında müəyyən problemlərin olduğunu və bəziləri ilə bağlı Azərbaycanla razılığa gəldiklərini qeyd edən Mirzoyan iki mühüm məsələdə tərəflərin yanaşmalarının fərqli olduğunu bildirib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla növbəti görüşün vaxtı barədə danışan Ermənistan XiN rəhbəri yeni görüşün tarixinin müəyyənləşmədiyini deyib. Mirzoyan Ceyhun Bayramovla daim əlaqə saxladıqlarını və yeni görüşün tarixinin tezliklə müəyyən ediləcəyinə ümidvar olduqlarını dilə gətirib.

Source
TRT Haber

TuraNews

Back to top button