Dünya

Zəlzələlərdə həyatını itirənlərin sayı 38 mini keçdi

Fevralın 6-da mərkəzi Kahramanmaraşda olmaqla 11 rayonda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə can itkisi 38 min 44-ə yüksəlib.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi – AFAD zəlzələlər nəticəsində 38 min 44 adamın həyatını itirdiyini, 108 min 68 nəfərin yaralandığını açıqlayıb.

Bölgədə dağıntılar altında axtarış-xilasetmə işləri davam edir.

Source
TRT Net

TuraNews

Back to top button