DünyaGündəlikİqtisadiyyat

Türkiyənin Rusiyaya avtomobil sənayesi məhsulları ixracı 500 milyon dolları ötüb

Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Rusiya Federasiyasına avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 78,5 faiz artıraraq, 530,3 milyon dollara çatdırıb.

Turanews.kz Trend-e istinaden xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb.

İyul ayında Türkiyə Rusiya Federasiyasına avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 42,2 faiz artıraraq, 70,3 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq, 20,1 milyard dollara bərabər olub.

Bu ilin iyul ayında Türkiyə 2,7 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 33,2 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 33,7 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.

TuraNews

Back to top button