Türkiyedə 7.4 bal gücündə zəlzələ olub
Türkiyenin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,4 bal gücündə zəlzələ olub.
Türkiyenin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,4 bal gücündə zəlzələ baş verib.
Zəlzələ 10 vilayətdə hiss olunub.
Zəlzələnin təsirli olduğu Malatyada 23 nəfər həyatını itirib. Vali Hulusi Şahin zəlzələ nəticəsində 420 nəfərin yaralandığını, 140 binanın dağıldığını bildirib.
Zəlzələ Şanlıurfada vilayətində də təsirli olub. Şəhərdə fəlakət nəticəsində 15 nəfərin həlak olduğu bildirilib.
İlkin məlumata görə, Osmaniyə rayonunda isə 5 nəfər ölüb.
Prezident Rəcəb Tayyib zəlzələdən sonda tviter hesabından etdiyi paylaşımda “Kahramanmaraşda baş verən və ölkəmizin bir çox yerində hiss edilən zəlzələdən zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun” deyib.
Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) saytında yer alan məlumata görə, Kahramanmaraşda zəlzələ yerli vaxtla səhər saat 4.17-də 7 kilometr dərinlikdə, saat 04.26-da Qaziantepin Nurdağı rayonunda isə 9.77 kilometr dərinlikdə baş verib.