GündəlikTurizm

Türkiyəyə 30 milyondan çox turist səyahət edib

2023-cü ilin yanvar-iyul aylarında Türkiyəyə səyahət edən turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16,22 faiz artaraq, 30 milyon 93 min 446 nəfərə çatıb.

Turanews.kz Trend-e istinaden xəbər verir ki, bu barədə  Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi bildirib.

“2023-cü ilin iyul ayında Türkiyəyə gələn xarici ziyarətçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 7,25 faiz artaraq, 7 milyon 148 min 44 nəfər olub”, – deyə nazirlikdən bildirilib.

Məlumata əsasən, 2023-cü ilin iyul ayında Türkiyəyə gələn turistlərin sayına görə birinci yerdə Almaniya (941 min 597), ikinci yerdə Rusiya Federasiyası (884 min 585), üçüncü yerdə isə İngiltərə (884 min 585) qərarlaşıb.

Qeyd edək ki, 2022-ci ildə Türkiyəyə, ümumilikdə, 963 milyon turist səyahət edib.

TuraNews

Back to top button