Dünya

Türkiyənin xarici ticarət dövriyyəsi 23 milyard dolları ötüb

2023-cü ilin mart ayında Türkiyənin xarici ticarət dövriyyəsi 23 milyard 595 milyon dollar təşkil edib.

Turanews.kz Trend-e istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyinin açıqladığı müvəqqəti məlumatlarda qeyd olunub.

Narizlikdən bildirilib ki, Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq, 23 milyard 595 milyon dollara, idxalı isə 3,4 faiz artaraq 31 milyard 936 milyon dollara çatıb.

“Bu ilin mart ayında, ən çox ixracat edilən ölkə , Almaniya olub. Belə ki, 2023-cü ilin mart ayında Türkiyədən Almaniyaya 2 milyard 6 milyon dəyərində mal ixrac edilib ki, bunu da sırası ilə 1 milyard 384 milyon dollar ilə ABŞ, 1 milyard 191 milyon dollar ilə İtaliya, 1 milyar 130 milyon dollar ilə Böyük Britaniya və 1 milyard 112 milyon dollar ilə İraq izləyir.

Bu ilin mart ayında Türkiyə ən çox mal Rusiyadan idxal edilib ki bu da 3 milyard 863 milyon dollar təşkil edib. Onu, 3 milyard 787 milyon dollar ilə Çin, 2 milyard 694 milyon dollar ilə Almaniya, 1 milyard 408 milyon dollar ilə ABŞ, 1 milyard 393 milyon dollar ilə İtaliya izləyir” , – deyə nazirlikdən qeyd edilib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-mart ayında Türkiyənin xarici ticarət dövriyyəsi 56 milyard 142 milyon dollar təşkil edib.

Hesabat dövründə Türkiyənin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq 61 milyard 558 milyon dollara, idxalı isə 11,1 faiz artaraq 96 milyard 250 milyon dollara çatıb.

TuraNews

Back to top button