Gündəlik

Türkiyədə zəlzələdə qurbanlarının sayı 40 min nəfərə çatıb

Türkiyədə episentri Kahramanmaraş və Elbistan olan iki ayrı zəlzələnin təsirinə məruz qalan 11 vilayətdə ölənlərin sayı 40 min 642-i ötüb. 430 mindən çox insan zəlzələ bölgəsindən başqa şəhərlərə təxliyə edilib.

Bu barədə məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer tərəfindən açıqlanıb. O, indiyədək zəlzələ bölgəsindən 430 min nəfərin təxliyə olunduğunu, axtarış-xilasetmə işlərinin sabah sona çatacağını bildirib.

Sezer zəlzələdən 13 gün sonra ümumi insan itkisinin 40 min 642-ə çatdığını bildirib. AFAD rəhbəri zəlzələ bölgəsində axtarış və xilasetmə komandları daxil olmaqla 274 min insanın çalışmağa davam etdiyini vurğulayıb.

Source
TRT Haber

TuraNews

Back to top button