Gündəlik
Türkiyədə zəlzələdə həlak olanların sayı 41 mini keçdi

Fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla 11 rayonda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə can itkisi 41 mini keçib.
Fövqəladə Halların İdarə Olunması Agentliyi – AFAD zəlzələlərdə 41 min 20 adamın həyatını itirdiyini bildirib.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş rayonunun Pazarcık qəsəbəsində 7,7, saat 13:24-də isə Elbistan qəsəbəsində isə 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 11 rayonda böyük dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş bölgədə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib.