Mədəniyyət

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu Şuşa-Xankəndi yolundakı aksiyaları dəstəkləyib

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar azərbaycanlı fəalların Şuşa- Xankəndi yolunda keçirdiyi aksiyalara dəstəyini ifadə edib.

Bu barədə tviterdə yazıb.

“Azərbaycanın təbii sərvətlərini oğurlayanlara qarşı mübarizə göstərən QHT-ləri dəstəkləyirik. Orada olmaqdan qürur duyarıq”.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Source
Report.az

TuraNews

Back to top button