Gündəlik

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 35 418 nəfərə çatıb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 35 418 nəfərə çatıb.

Turanews.kz xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, yaralıların 13 208-i xəstəxanalarda müalicəsini davam etdirir.

“Ölən 35 418 vətəndaşımın hər birinə rəhmət diləyirəm. Xilas edilən 105 505 yaralıya şəfa diləyirəm”, – Ərdoğan vurğulayıb.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən sonra 3 min 170 afterşok qeydə alınıb. Hazırda zəlzələ bölgəsində 35 min 249 xilasedici olmaqla, 249 mindən çox personal fəaliyyət göstərir. Təbii fəlakətdən zərər çəkən 200 minədək insan digər vilayətlərə təxliyə olunub.

Source
TRT

TuraNews

Back to top button