DünyaGündəlik

Türkiyə və İsrail prezidentləri arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail prezidenti İsaak Herzoq ilə telefon danışığı aparıb.

Turanews.kz-nin məlumatına görə, R.T.Ərdoğan İsrail prezidenti İ.Hersoqla telefon danışığında İsrail təhlükəsizlik qüvvələrinin Məscidül-Əqsaya hücumlarını müzakirə edib.

Türkiyə prezidenti vurğulayıb ki, Türkiyə Məscidül-Əqsanın statusu ilə bağlı təhdidlər qarşısında səssiz qalmayacaq.

Türkiyə dövlətinin başçısı israilli həmkarı ilə söhbətində qeyd edib ki, Məscidül-Əqsaya edilən hücumlar təkcə müsəlmanlara deyil, bütün bəşəriyyətə qarşı hücumdur.

R.T.Ərdoğan Türkiyənin problemin həlli yolunda ədalətli və davamlı sülhün bərqərar olması istiqamətində addım atmaq üçün üzərinə düşəni etməyə hazır olduğunu da vurğulayıb.

TuraNews

Back to top button