Gündəlik
Tacikistanda 7,2 bal gücündə zəlzələ baş verib
Payshanba kuni ertalab soat 5:40 atrofida O‘zbekistonning deyarli barcha hududlarida 3−4 balli zilzila sezildi. Uning epitsentri Tojikistonda. Toshkent aholisining so‘zlariga ko‘ra, zilzila sabab silkinishlar uzoq davom etgan.
Tacikistanda Çinlə sərhəddə 7,2 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Çin Seysmologiya Mərkəzi bildirib.
Məlumata əsasən, zəlzələ Pekin vaxtı ilə saat 8:37-də qeydə alınıb, onun episentri Çinin Sincan-Uyğur Muxtar Rayonu ilə sərhədindən təxminən 82 km aralıda, 10 km dərinlikdə yerləşib.
Çin KİV-ləri zəlzələnin Sincanda bir sıra yaşayış məntəqələrində güclü hiss edildiyini bildirib. Zəlzələnin episentrindən 300 km məsafədə 10 iri və orta şəhər var, ən yaxını isə episentrdən təxminən 160 km aralıda yerləşən Xoroqdur.
Həlak olanlar və dağıntılar barədə məlumat verilməyib.