DünyaSiyasət

Qazaxıstan prezidenti ümumxalq referendumu üçün çağırış edib

Kasım – Jomart Tokayev Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə bağlı qərar vermək üçün ümumxalq referendumu üçün çağırış edib.

Turanews.kz-in Trend-ə istinadən məlumatına görə, Qazaxıstanın prezidenti Tokayev bildirib ki, növbəti beş il ərzində ölkədə 14 giqavatlıq yeni enerji gücləri istifadəyə veriləcək.

“Atom elektrik stansiyasının tikilib və ya tikilməməsi, ölkəmizin gələcəyi ilə bağlı son dərəcə vacib məsələdir. Ona görə də mən bunu ümumxalq səsverməsinə çıxarmağı təklif edirəm. Konkret tarixlər sonra müəyyən olunacaq”,- deyə prezident qeyd edib.

Qeyd edək ki, Qazaxıstanın ilk Atom Elektrik Stansiyasının (AES) Almatı şəhərində tikilməsi planlaşdırılır. Qazaxıstanda AES-i tikəcək şirkətlə bağlı hələlik yekun qərar verməyib.

Müraciət edənlər siyahısına dörd şirkət daxil edilib:

-Çinin CNNC şirkəti

-Cənubi Koreyanın KHNP şirkəti

-Rusiyanın Rosatom şirkəti

-Fransanın EDF şirkəti.

Məlumat üçün bildirək ki, AES-in tikintisi ilə bağlı qərarı 2022-ci ilin noyabrında Almatı vilayətinin Məşvərət Şurası təsdiq edib.

TuraNews

Back to top button