Həyat

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri akvatoriyasında, Kür çayı və Mingəçevir su anbarında balıq ovlayan şəxslər saxlanılıb.

Bu barədə Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Sumqayıt şəhər sakini Əliyar Səfərov, Laçın rayon sakini Sabir Nəcəfov, Tovuz rayon sakini Sahil Cavadov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

TuraNews

Back to top button