Özbəkistanda turizmin inkişafı üçün bir sıra hədəf istiqamətlər təsdiq edilib.
Turanews.kz xəbər verir ki, 2030-cu ilə qədər ölkəyə gələn xarici turistlərin sayının 15 milyona, yerli turistlərin sayının 25 milyona, zəvvarların sayının isə 3 milyona çatdırılması planlaşdırılır.
Qeyd edək ki, bu istiqamətlər Özbəkistan prezidenti tərəfindən iki gün əvvəl təsdiq edilmiş “Özbəkistan – 2030” strategiyasında göstərilib.