“Qazaxıstanda oliqarx kapitalizmi erası başa çatır, ölkə vətəndaşları qarşısında sosial məsuliyyət dövrü başlayır”.
Bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Karaqanda vilayətinin sakinləri ilə görüşdə bildirib.
Dövlət başçısı Qazaxıstandan kapitalın xaricə qanunsuz çıxarılmasına imkan verməyəcəklərini və şirkətlərin müxtəlif sosial proqramlarının icrasına nəzarət edəcəklərini vurğulayıb. Onun sözlərinə görə, vergi ödənişləri xüsusi nəzarətdədir.
Qazaxıstan Prezidenti yenilənmiş konstitusiya ilə ölkədə yeni siyasi eranın başlandığını qeyd edərək, “Qazaxıstanda oliqarx kapitalizm dövrü başa çatır, dövlətin vətəndaşları qarşısında sosial məsuliyyət dövrü başlayır” ifadəsini işlədib.