Gündəlik
Kahramanmaraşla 11 rayonu vuran zəlzələlərdə can itkisi 42 mini keçdi
Fevralın 6-da Kahramanmaraşda baş verən və 11 rayonu vuran 7,7 və 7,6 bal gücündə zəlzələlərdə can itkisi 42 min 310-a yüksəlib.
Fövqəladə Halların İdarə Olunması Agentliyi – AFAD-ın zəlzələlərdə 42 min 310 adamın həyatını itirdiyini bildirib.
Zəlzələ bölgəsindən 448 min 18 nəfər təxliyə edilib. Həmin rayonlarda 270 yerdə 300 min 809 çadır qurulub.
AFAD 6 fevral Kahramanmaraş və 20 fevral Hatay mərkəzli zəlzələlərdən sonra 7242 yeraltı təkanın olduğunu bildirib.
14 min 740 yerli və xarici axtarış-xilasetmə personalının olduğu bölgədə ümumilikdə 242 min 392 nəfər çalışır.