
Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Trend xəbər verir ki, İngiltərənin “Mançester Siti” klubu öz meydanında Almaniyanın “Bavariya” klubunu qəbul edib.
Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda qolları Rodri (27-ci dəqiqə), Bernardu Silva (70) və Erlinq Holand (76) vurublar.
Qeyd edək ki, cavab qarşılaşması aprelin 19-u Münhendə keçiriləcək.