DünyaİqtisadiyyatSiyasət
Çinin xarici işlər naziri Rusiyaya səfərə yola düşüb
Çinin xarici işlər naziri Vanq Yi Rusiyaya 4 günlük səfərə yollanıb.
Turanews.kz xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Vanq Yi Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin dəvəti ilə strateji təhlükəsizlik üzrə Çin-Rusiya məsləhətləşmələrinin 18-ci raundunda iştirak etmək üçün yollanıb.
18-21 sentyabr tarixlərində davam edəcək səfər çərçivəsində təhlükəsizlik məsələlərinin müzakirə olunacağı deyilir.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər nazirliyinin bildirilib ki, Vanq Yi Moskvada həmkarı Sergey Lavrovla görüşəcək. Nazirlərin görüşündə ikitərəfli əməkdaşlıq məsələlərinin, o cümlədən, yüksək səviyyədə təmaslar müzakirə olunacağı deyilir.