GündəlikHəyat

Çinin Qazaxıstan və Qırğızıstanla sərhədi yaxınlığında zəlzələ olub

Çində Qazaxıstan və Qırğızıstan sərhədi yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib.

TuraNews.kz-nin məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Çinin Aksu qəzasından 133 km qərbdə və Almatıdan 260 km cənub-şərqdə olub. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarər alanlar və dağıntılar barədə məlumat verilməyib.

Source
Kabar.kg

TuraNews

Back to top button