Gündəlikİqtisadiyyat

Azərbaycanın bu il 19 ölkəyə ixrac etdiyi neftin həcmi açıqlandı

Bu ilin yanvar-iyul aylarında Azərbaycan İtaliyaya 3 774 540 min ABŞ dolları dəyərində 6 045 069,15 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Trend-in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin həcminə və dəyərinə görə – red.) ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 822 483,44 min dollar dəyərində 1 354 226,01 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Yanvar-iyul aylarında bu ölkəyə 666 499,46 min dollar dəyərində 1 122 457,35 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 19 ölkəyə 9 444 800,48 min dollarlıq 15 540 323,64 ton neft ixrac edib.

Azərbaycanın bu ilin yanvar-iyul aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin məbləğinə görə) təqdim edirik:

TuraNews

Back to top button