Həyat
Azərbaycanda nə qədər avtomobil sığortalanıb?
Azərbaycanda bu vaxta qədər neçə avtomobilin icbari sığorta edildiyi məlum olub.
Turanews.kz xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq İcbari Sığorta Bürosundan bildiriblər ki, hazırda Azərbaycanda 1 301 625 avtonəqliyyat vasitəsi icbari qaydada sığortalanıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən, ötən ilin 11 ayında icbari avtosığorta üzrə sığorta şirkətləri ümumilikdə 102,2 milyon manat sığortahaqqı toplayıb.