GündəlikHəyatİqtisadiyyat

Azərbaycanda bu avtomobillərə tələbat azalıb

Ötən ay Bakıda avtomobil bazarında da qiymət dəyişiklikləri müşahidə olunub.

İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) Trend-ə verilən məlumata görə, istehsal ili 2013-cü ildən əvvəl olan və dəyəri 20 min manatadək olan avtomobillərin qiyməti mart ayında 6.5 faiz yüksəlib.

Aİ-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunsa da həmin avtomobillərin qiymətində ay ərzində 1.2 faiz artım qeydə alınıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin 94 №-li Qərarına əsasən, istismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 94 №-li qərarının əsas məqsədi insanların həyat və sağlamlığının, ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək olmaqdır. Qərara əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılır.

TuraNews

Back to top button