Azərbaycan bazarında cihazların yarıdan çoxu “OC Android”in payına düşür
Azərbaycanın əməliyyat sistemləri (ƏS) bazarında Android platformalı cihazların payı 2023-cü ilin mart ayında 59,69 faiz təşkil edib ki, bu da fevral ayının göstəricisindən 3,77 faiz çoxdur.
Trend bu barədə “Global Stats”ın məlumatlarına istinadən xəbər verir.
İkinci yerdə “Microsoft” şirkətinin “Windows” əməliyyat sistemi gəlir. Onun ay ərzində Azərbaycan bazarında payı 6,87 faiz azalaraq 20,74 faizə çatıb.
“Apple” şirkətinin “iOS” əməliyyat sistemi əvvəlki kimi üçüncü yerdə dayanır. Ay ərzində onun yerli bazarda payı 1,87 faiz artaraq 13,25 faizə çatıb.
Azərbaycan bazarında “macOS X” (Apple) platformalı cihazların payı 2,14 faiz təşkil edib (ay ərzində 0,03 faiz azalma).
Sonra Azərbaycan bazarında daha az populyar əməliyyat sistemləri – “Linux” (0,91 faiz) və digər ƏS (3,27 faiz) – gəlir.