Türkiyənin “ÇARE”si Azərbaycanda
Türkiyəli mühəndislər tərəfindən istehsal olunan yerli və milli çoxməqsədli radar sistemi “ÇARE” qardaş ölkə Azərbaycanda istifadə olunacaq.
Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyindən verilən açıqlamada Dövlət Hava Limanları İdarəsi (DHMİ) ilə Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin Aeronaviqasiya Törəmə Müəssisəsi (AZANS-Azəraeronaviqasiya) arasında imzalanmış protokola diqqət çəkilərək yazılıb: “Protokol çərçivəsində əqli və sənaye mülkiyyət hüquqları DHMİ-yə məxsus, tamamilə yerli və milli Ar-Ge layihələrindən biri olan və türkiyəli mühəndislər tərəfindən hazırlanmış ÇARE sisteminin satış müqaviləsi Azərbaycanla imzalandı və ilk məhsul satıldı. Sistemin istifadəyə veriləcəyi meydanlarda xüsusilə mövcud sistemlərə proqram inteqrasiyası işləri həyata keçiriləcək.
İnteqrasiya fəaliyyətlərindən sonra avadanlığın quraşdırılması əsasən Bakı Heydər Əliyev Hava Limanında olmaqla üç ayrı hava hərəkətinin idarə edilməsi bölməsində başa çatdırılacaq. Qəbul sınaqları həyata keçirildikdən sonra istifadəçilərə “İstifadəçi”, “Hava məkanının identifikasiyası” və “Xidmət münasibətləri” təlimləri veriləcək.
ÇARE sistemlərinin quraşdırılması prosesi təxminən 7 aya bitəcək
Qeyd edək ki, ÇARE sistemi Türkiyə hava məkanında 40-dan çox hava nəqliyyatı idarəetmə vahidinə xidmət göstərən, hava yollarının idarə edilməsi qabiliyyətinə görə real vaxt rejimində uçuş məlumatlarını xəritədə göstərən insan-maşın interfeysi tətbiqidir.
Sistem “istifadəçi dostu” interfeysi ilə hava hərəkəti dispetçerlərinə hava hərəkətini effektiv idarə etməyə imkan verir və bunun sayəsində hava hərəkətinin təhlükəsizliyi ən yüksək səviyyədə qorunur.