İqtisadiyyatSiyasət

Özbəkistan Azərbaycanı Cənubi Qafqazda əsas tərəfdaş olaraq görür

Özbəkistan Azərbaycanı Cənubi Qafqazda əsas tərəfdaş olaraq görür.

Turanews.kz Trend-e istinaden xəbər verir ki, bunu Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini, keçmiş səfir Şerzod Fayziyev “Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri” mövzusunda dəyirmi masada deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyiev öz siyasi fəaliyyəti ilə beynəlxalq arenada ölkənin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.

“Özbəkistan və Azərbaycan ticari-iqtisadi, eləcə də, nəqliyyat layihələrində sıx əməkdaşlıq edirlər. Əməkdaşlığımızın möhkəmlənəcəyindən əminik”, – deyə o qeyd edib.

Ş.fayziyev Özbəkistanın böyük investisiya potensialına malik olduğunu bildirib:

“Düşünürəm ki, Özbəkistan yaxın zamanda öz iqtisadiyyatına təqribən 170 milyard dollar cəlb edə bilər. Sevindirici haldır ki, Azərbaycan Mərkəzi Asiya regionunun inkişafında maraqlıdır və biz bu imkanları müzakirə edəcəyik”.

TuraNews

Back to top button