Sağlamlıq
ÜST: Dünyada COVID-19 səbəbindən ölüm halları təxminən 30 faiz azalıb
Aprelin 3-dən 30-dək dünyada təxminən 2,8 milyon insan koronavirus infeksiyasına yoluxub, 17 mindən çox adam bu xəstəlik səbəbindən vəfat edib. Bu dövrdə ölüm hallarının sayı əvvəlki 28 günlə müqayisədə 30%, yoluxma hallarının sayı 17% azalıb.
Turanews.kz-nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər verib.
ÜST-nin məlumat cədvəlinə əsasən, dörd həftə ərzində dünyada 2 779 198 yoluxma və 17 459 ölüm faktı qeydə alınıb.
28 gün ərzində ən çox yoluxma halı ABŞ-da aşkarlanıb – 392 480.
Mayın 3-nə olan vəziyyətə görə, təşkilata pandemiyanın başlanğıcından bəri 765 222 932 koronavirusa yoluxma halı və 6 921 614 ölüm halı barədə məlumatlar daxil olub.