GündəlikSiyasət

Sabah Çin və Mərkəzi Asiya ölkələrinin XİN başçıları görüşəcək

26-27 aprel tarixlərində Çinin Sian şəhərində Mərkəzi Asiya ölkələri və Çinin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Turanews.kz APA-ya istinadən xəbər verir ki, görüşdə xarici işlər nazirləri 2023-cü ilin mayında Sian şəhərində keçirilməsi planlaşdırılan “Mərkəzi Asiya – Çin” Dövlət Başçılarının Birinci Sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Həmçinin nazirlər müxtəlif sahələrdə altıtərəfli əməkdaşlığın perspektivlərini, nəqliyyat və logistika infrastrukturu sahəsində əlaqələrin gücləndirilməsi, Mərkəzi Asiya ölkələrindən Çinə kənd təsərrüfatı məhsullarının ixracının artırılması, elektron ticarətin inkişafı kimi məsələləri müzakirə edəcəklər.

Eyni zamanda regional və beynəlxalq gündəliyin aktual məsələlərinə xüsusi diqqət yetirələcək.

TuraNews

Back to top button