Gündəlikİqtisadiyyat

İxraca göndərilən neft məhsullarının həcmi artıb

Yanvar-mart aylarında ölkədən 300 min tondan çox xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları – tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha artıq olan məhsullar ixrac edilib. İxrac olunan məhsulların dəyəri isə 179 milyon ABŞ dollarından çoxdur.

Turanews.kz xəbər verir ki, bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Xatırladaq ki, ötən ilin müvafiq aylarında Azərbaycandan 158,7 min ton neft məhsulları ixrac edilib, həmin ixracın dəyəri 91 milyon dollar olub.

TuraNews

Back to top button