Dünya
Marseldə evin uçması nəticəsində 5 nəfər yaralanıb
Fransanın Marsel şəhərində yaşayış evinin uçması nəticəsində 5 nəfər xəsarət alıb.
Turanews.kz xəbər verir ki, bunu “BFM” telekanalına açıqlamasında şəhərin meri Benua Payan bildirib.
“Beş nəfər nisbi təcili tibbi yardım tələb olunan vəziyyətdə xəstəxanaya yerləşdirilib”, – deyə mer bildirib.
Mer qeyd edib ki, davam edən yanğın səbəbindən axtarış-xilasetmə işlərinə hələ də başlamaq mümkün deyil.
“Qurbanların olacağına hazırlaşmalıyıq” – deyə mer əlavə edib.
Xatırladaq ki, hadisə yerli vaxtla 00:40-da baş verib. İlkin versiyaya görə, səbəbi hələlik müəyyən edilməyən partlayış olub.