Martın 26-da “Qarabağ” və “Qalatasaray” futbol klubları arasında xeyriyyə matçı keçirilib. Əvvəlcədən də bəyan edildiyi kimi bu oyundan gələn gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə göndəriləcək. Oyunun gəlirləri 1 milyon 90 min 455 manat, təxminən 12 milyon 336 min Türkiyə lirası olub.
Turanews.kz “Qarabağ” klubuna istinadla xəbər verir ki, bu gəlirlərin bir hissəsi (Türkiyədə oyunun yayım hüququndan gələn və Türkiyədən verilmiş reklam gəlirləri) “Qalatasaray” tərəfindən açılmış yardım hesabına köçürüləcək.
Bilet satışı, meydan ətrafı reklam gəlirləri, həmçinin Azərbaycanda yayım haqqından gələn və digər gəlirlər isə qısa zamanda Türkiyədəki uyğun hesaba göndəriləcək.
Bakı Olimpiya Stadionunda oynanılmış “Qarabağ” – “Qalatasaray” matçı qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.