Gündəlik

Zəlzələlərdə 29605 nəfərin həyatını itirdiyi açıqlandı

Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) verdiyi açıqlamada bildirilir...

6 fevral bazar ertəsi sübh saat 04:17-də 7.7 bal gücündə Kahramanmaraşın Pazarcık, 13.24-də 7,6 bal gücündə Elbistan qəsəbələrində olmaqla baş verən iki zəlzələ Kahramanmaraş, Hatay, Adıyaman, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Malatya və Kilisdə böyük dağıntılara səbəb olub.

Bölgədə axtarış-xilasetmə işləri davam edir.

AFAD Türkiyə vaxtı ilə saat 15.55-ə qədər Kahramanmaraş mərkəzli zəlzələlərdə 29.605 nəfərin həyatını itirdiyini açıqlayıb.

Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) verdiyi açıqlamada bildirilir: “Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdən sonra indiyədək ümumilikdə 2412 yeraltı təkan baş verib.

Zəlzələ bölgəsində aparılan işlərdə ümumilikdə 233.320 nəfər şəxsi heyət, 12.322 maşın və tikinti texnikası çalışır.

Türkiyə vaxtı ilə saat 15.55-ə olan məlumata görə, 29 605 vətəndaşımız həyatını itirib.

Zəlzələ bölgəsində olan 147 min 934 vətəndaş başqa rayonlara təxliyə edilib.

Xarici İşlər Nazirliyi ilə birlikdə yardım üçün digər ölkələrdən gələn 9369 nəfəri fəlakət bölgəsinə göndərmişik.

Bölgədə 70 təyyarə, 167 helikopter, 24 gəmi, 45 pilotsuz uçuş aparatı (PUA), 9 pilotsuz uçuş aparatı fəaliyyət göstərir.

Qırmızı Aypara Cəmiyyəti və qeyri-hökumət təşkilatları tərəfindən zəlzələdən zərər çəkmiş rayonlara 319 səyyar-mətbəx, 86 iaşə maşını, 33 səyyar-soba və 83 hamam-camaşırxana aparatı çatdırılıb.

Rayonda vətəndaşlarımıza şorba, isti yemək, qəlyanaltı və içkilər paylanılır.

Psixososial dəstək xidmətləri üçün rayona 2552 personal və 384 nəqliyyat vasitəsi göndərilib”.

Ölkənin milli təhsil naziri Mahmut Özer isə açıqlamasında “10 rayonda 1 mart tarixinə qədər tədrisə fasilə veririk. 71 rayonda isə təhsil 20 fevraldan başlayır” deyib.

Source
TRT Net

TuraNews

Back to top button