Gündəlik

Zəlzələ nəticəsində həlak olanların sayı 14 mini ötdü

Episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdə həyatını itirənlərin sayı 14 min 351-ə yüksəlib

Episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdə həyatını itirənlərin sayı 14 min 351-ə yüksəlib.

Türkiyənin vitse-prezidenti Fuad Oqtay fevralın 6-da zəlzələlərin vurduğu fəlakət bölgəsində can itkisinin 14 min 351-ə, yaralı sayının isə 63 min 794-ə yüksəldiyini açıqlayıb.

Dağıntılar altında qalan 6444 binada axtarış-xilasetmə işləri davam edir.

Axtarış-xilasetmə işləri də daxil olmaqla, bölgədə 113 min 201 şəxsi heyət çalışır.

Bölgəyə göndərilən 94 mindən çox ailə yaşayış çadırından 73.011-i qurulub.

Rayona 95 səyyar mətbəx, 79 iaşə maşını, 1 şorbaxana, 4 səyyar soba, 39 sahə mətbəxi, 1 konteyner mətbəxi və 86 xidməti maşın göndərilib.

AFAD 9 fevral saat 11.38 etibarilə Kahramanmaraş mərkəzli zəlzələlərdən təsirlənən rayonlarlar quru, dəmir və hava yolları ilə 28.044 adamın təxliyə edildiyini bildirib.

Source
TRT

TuraNews

Back to top button