Ukrayna prezidenti Volodimir Zelenski 2023-cü ilin mayında Almaniyaya səfər edə bilər. Bu, siyasətçinin müharibə başlayandan sonra Almaniya ərazisinə ilk səfəri olacaq.
Turanews.kz xəbər verir ki, bu barədə “UNİAN” agentliyi “Bild” qəzetinə istinadən məlumat yayıb.
Bildirilir ki, V.Zelenski Karl Mükafatının təqdim edilməsində iştirak edə bilər. Mükafatlandırma mərasimi Axendə baş tutacaq. Kansler Olaf Şolz orada tərif nitqi söyləyəcək. V.Zelenskinin tədbirdə iştirak etmək üçün ora şəxsən gələcəyi planlaşdırılır.