İqtisadiyyat
“Yaşıl hidrogen” istehsalı Azərbaycan üçün çox səmərəlidir – Vilayət Vəliyev

“Yaşıl hidrogen” istehsalı Azərbaycan üçün çox səmərəlidir.
Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev “Yaşıl” hidrogen və bərpa olunan enerji” adlı tədbir zamanı deyib.
Onun sözlərinə görə, “yaşıl” enerji istehsalı üzrə layihələr 2050-ci ilədək parnik qazı tullantılarını 40 faizədək azatlmağa imkan verəcək.
V.Vəliyev bildirib ki, bu hədəfin əldə olunmasında Qaradağda günəş elektrik stansiyasının, eləcə də Qarabağda külək elektrik stansiyasının tikintisi rol oynayacaq.