Yanvar-fevral aylarında Türkiyənin Özbəkistana kimyəvi maddə ixracının həcmi açıqlanıb
Türkiyə 2024-cü ilin yanvar-fevral aylarında Özbəkistana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artıraraq, 50,2 milyon dollara çatdırıb.
TuraNews.kz xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“2024-cü ilin fevral ayında Türkiyənin Özbəkistana kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 4,1 faiz artaraq, 26,7 milyon dollara bərabər olub”, – deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-fevral aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artıraraq, 5 milyon dollara çatdırıb.
2024-cü ilin fevral ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 15,2 faiz artaraq, 2,6 milyon dollara bərabər olub.
Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024-fevral 2023) Türkiyə 30,9 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.