Texnologiya

“WhatsApp” naməlum nömrələrdən gələn zəngləri avtomatik susduracaq

“WhatsApp” tətbiqinin gələcək yeniləməsi üçün istifadəçilərə naməlum nömrələrdən gələn zəngləri zəng siyahısında və bildiriş mərkəzində göstərərkən onları susdurmağa imkan verəcək yeni funksiya hazırlayır.

Trend-in məlumatına görə, bu funksiyanın bir sıra üstünlükləri var, məsələn, zənglərinizin kəsilməsinin qarşısını almaq və potensial arzuolunmaz zənglərdən qaçmaq mümkün olacaq.

Məlumata görə, “WhatsApp” üçün sözügedən xüsusiyyət hazırda sınaq mərhələsindədir. Yeniliyin stabil versiyaya nə vaxt gələcəyi hələlik bəlli deyil.

 

 

TuraNews

Back to top button