Gündəlik

TÜRKSOY: Şuşa birliyimizin təmsili, güc mənbəyimizdir

Şuşa bizim üçün sənət məbədi, dünyaya ilham verən Azərbaycan musiqisinin beşiyi, Birliyimizin təmsili, güc mənbəyimizdir.

Turanews.kz xəbər verir ki,, bu barədə “Anadolu”ya müsahibəsində TÜRKSOY-un Baş katibi Sultan Raev deyib.

S.Raev Şuşadan dünyaya səslənən mədəniyyət və incəsənət adamlarının təkcə Azərbaycan üçün deyil, bütün Türk Dünyası üçün çox önəmli insanlar olduğuna diqqət çəkib.

“Qardaş Azərbaycan xalqının təkcə Türk Dünyasına deyil, dünya mədəniyyətinə, sivilizasiyasına böyük töhfələr verdiyi Şuşada bütün Türk Dünyasını bir araya gətirməyə hazırıq. Can Azərbaycanın qəhrəman xalqın bizə bəxş etdiyi şanlı zəfərlə torpaqlarımız indi göz yaşı, kədər və faciə yeri deyil, azadlığımızın, müstəqilliyimizin, qardaşlığımızın yeridir.

Keçmişdə Şuşamızın əzəli torpaqlarında atışma, mina partlayışları eşidilirdisə, bu gün bütün türk dünyasının nəğmələri oxunur, türk bayrağı dalğalanır, səsimiz Qarabağın ucsuz-bucaqsız dağlarında əks-səda verir”, – deyə o əlavə edib.

Şuşanın artıq Türk Dünyasının Mədəniyyət Paytaxtı adına layiq bir şəhər olduğunu vurğulayan S.Raev mədəniyyət nazirlərinin qəbul etdiyi qərarla 2023-cü ildə Şuşada bir çox tədbirlər hazırladıqlarını bildirib.

TuraNews

Back to top button