İqtisadiyyat

Türkiyədən Azərbaycana komissiyasız pul köçürmək mümkün oldu

Hazırda Türkiyədən Azərbaycana komissiyasız pul köçürmələrini təşkil edə bilirik.

Bu barədə bazar ertəsi Trend-ə “Turan Teknoloji Anonim Şirketi” (Turan) təsisçisi və baş direktoru Özgür Bayraktar məlumat verib.

Onun sözlərinə görə, yaxın zamanlarda Azərbaycandan da Türkiyəyə komissiyasız pul köçürmələrinin təşkili planlaşdırılır.

“Həm Azərbaycandan Türkiyəyə, həm də əksinə pul köçürmələri üzrə limitlər bu və ya digər kartı emissiya edən bank tərəfindən tənzimlənir. Hazırda köçürmələri komissiyasız həyata keçiririk və önümüzdəki 90 gün ərzində Türkiyədən Azərbaycana pul kçürmələrini komissiyasız həyata keçirməyi plaşlaşdırırıq”, – o deyib.

Bayraktar xatırladıb ki, “Turan” artıq Türkiyədən Azərbaycana komissiyasız pul köçürmələri (kartdan karta) imkanını işə salıb”, – deyə o qeyd edib.

TuraNews

Back to top button