Həyat

Türkiyənin zəlzələ bölgəsindən Bakıya avtobusla gətirilən vətəndaşların sayı açıqlanıb

Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan vətəndaşlarının təxliyəsi davam etdirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd edilib ki, AYNA tərəfindən təşkil olunan təxliyə avtobusları ilə vətəndaşlarımız dünən Gürcüstan-Azərbaycan sərhədindən paytaxta gətirilib.

“Bu günə kimi 16 reys həyata keçirilib və 639 vətəndaş Bakı Beynəlxalq Avtovağzal Kompleksinə çatıb. Vətəndaşlar ödənişsiz Bakıya daşınıb”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 48 min nəfərə çatıb.

TuraNews

Back to top button