Türkiyənin ilk yerli müşahidə peyki İMECE kosmosa göndərilib
Türkiyənin TÜBİTAK UZAY şirkəti tərəfindən yaradılan ilk yerli müşahidə peyki İMECE bu gün yerli vaxtla saat 10:47-də kosmosa göndərilib.
Turanews.kz Trend -e istinadən xəbər verir ki, kosmosa göndərmə prosesi Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) Ankaradakı Yer izləmə stansiyasında sənaye və texnologiya naziri Mustafa Varank, Prezidentin Strategiya və Büdcə departamentinin rəhbəri İbrahim Şenel, Müdafiə Sənayesi rəhbəri İsmail Demir, Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koç və TÜBİTAK prezidenti Hasan Mandalın iştirakı ilə keçirilib.
Qeyd edək ki, IMECE peyki fevralın 21-də ABŞ-dakı Vandenberq Kosmik Qüvvələri bazasına göndərilib.
Türkiyənin Milli Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Rəhbərliyinin koordinasiyası ilə həyata keçirilən layihənin orbitə göndərilməsi prosesi tamamlandıqdan sonra Türkiyənin Hərbi Hava qüvvələrinin inventarına daxil ediləcək.
İMECE peykinin dünən kosmosa göndərilməsi planlaşdırılsa da hava şəraiti ilə bağlı orbitə göndərilmə prosesinə 28 saniyə qalmış təxirə salındı.